Aqşin Babayevin “Bir parça həyat”, “Oğul”, “Xilaskar”, “Yaralar”, “Kim nə deyər…”, “Əlin cibində olsun“, “Şeytanın yubileyi“, “Nekroloq”, “Olmuş əhvalat”, “Dəvətnamə“, “Mükafat”, “Əzizim Vətən yaxşı”, “Gecikmiş bahar” və başqa pyesləri teatr səhnələrində, televiziya ekranlarında nümayiş etdirilmiş, radio dalğalarında səsləndirilmişdir. Aqşin Babayevin əsərləri Türkiyədə, Rusiyada, Gürcüstanda, Almaniyada, Moldovada və başqa xarici ölkələrdə nəşr olunmuşdur.
YAZIÇI, DRAMATURQ, ŞAİR, TƏRCÜMƏÇİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR JURNALİST, İCTİMAİ XADİM