Aqşin Babayev

23 noyabr 1936 – 10 iyun 2020

 

GEDƏN QAYIDIR

Deyəsən gedirəm, saxlama məni,

Saxlaya bilməzlər Allah deyəni.

Amma mən yenidən qayıdacağam,

Yatan duyğuları oyadacağam.

Ruhum doğulacaq yeni bədəndə,

Yenə də dünyaya gələcəm mən də.

İnsanı yuxudan ruhu oyadır,

Həyat əbədidir, gedən qayıdır!

 

6 Noyabr — Radio Günü 

Aqşin Babayevin Tilsimli Dünyası

Azərbaycan Radiosunun zəngin salnaməsinin 32 ilinə öz səsi, qələmi və rəhbərlik mühiti ilə imza atmış Aqşin Babayevi Radio Günündə dərin ehtiramla anırıq. Cənubi Azərbaycan üçün mənəvi qovuşma platformasına çevrilən «Körpü» verilişi, milyonlarla dinləyicinin səhər ovqatını zənginləşdirən «Səhər» proqramı və Azərbaycan Radiosunun Qızıl Fondunda saxlanılan ölməz radio-tamaşaları ilə efir məkanında qoyduğu işıqlı iz bu gün də yaşayır.     
 

COPYRİGHT © AQŞİN BABAYEV I Bütün hüquqlar qorunur

2015 – 2026  ©  www.aqsinbaba.ayten.ch – all rights reserved

error: