Satqinlar

SATQINLAR

Satqınlar olmasaydı, həyatın üzü,
belə saralıb solmazdı.
Satqınlar olmasaydı,
Ərinin dərdini çəkən hamilə qadınlar,
Ölü uşaq doğmazdı.
Satqınlar olmasaydı,
Gül kimi oğullar batmazdı bataqlıqda,
Satqınlar olmasaydı,
Bilirsən nə qədər
boş yer olardı məzarlıqda?
Geriyə döndüm… 37-də,
Atamın taleyi
Bir satqının qılıncı ilə bölündü.
Öz taleyim 88-də
Ağzının yarısı dəmir, yarısı qızıl olan
saxta bir adamcığın,
Yalan sözünə büründü.
Büründü, parçalandı,
Od tutub oda yandı.
Ehey… Ezop dililə
Ürəklərə girən ilanlar,
Qapısı bağlı evləri viran qoyanlar,
Tülkü cildinə girənlər,
İtin də dilini bilənlər,
O dünya var ha…
Məşhər ayağı var ha…
Hələ ölüm darağı var,
Darayacaq yun kimi
                                    bədəninizi,
Yanar odda qovuracaq
                                     dilinizi!
Dörd böləcəklər sizi!
Satqınlar!
Hər sığala yatqınlar.
Bilirsiz kimsiz siz?

Sərxoş əlindən çıxıb
Çilik-çilik olan
Bom-boş şüşələrsiz…
Vəzifə adamlarının altında
Yatan qaltaq fahişələrsiz!

1988

YAZIÇI, DRAMATURQ, ŞAİR, TƏRCÜMƏÇİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR JURNALİST, İCTİMAİ XADİM

error: