Az qalib AZ QALIB Bir yarpaqdım sola-sola saraldım.Bir səhərdim axşam oldu, qaraldım.Qartal kimi zirvələrdən bar aldım.Zirvələrdən enməyimə az qalıb. * * * Bir çayırdım daşı dəldim, oyandım.Günəş çıxdı, atəşinə boyandım.Qürub çağı solğun-solğun dayandım.Şam kimiyəm, sönməyimə az qalıb. * * * Bir sədaydım dağa dəydi qayıtdı.Ağ saçlarım məni yaman ayıltdı.Ölüm mənə dişlərini sıyırtdı.Xatirəyə dönməyimə az qalıb.