yasamaq istemirem YAŞAMAQ İSTƏMİRƏM Hər il bahar yerinə ömrümə qar gələndə,Atamyaşlı qocalar küçədə dilənəndəYaşamaq istəmirəm! Bir ana qucağında körpə “acam” deyəndə,Bisavad bir bambılı pula pul deməyəndəYaşamaq istəmirəm! Haram haramzadələr iş başında olanda,Namuslu qadınların gözü yaşla dolandaYaşamaq istəmirəm! İri naqqa balıqlar kütümləri udanda,Kişilərin yerini nakişilər tutandaYaşamaq istəmirəm!