ÖLÜMDƏN SONRAKI ÖLÜM…
Yanmadım mən,
Güldü qəlbim…
Bir imtahan oldu,
gördüklərim,
Pəncərədən tullanıb
qıçlarını sındıranlara
güldük biz…
Mən və sən
Ölmədik heç birimiz!
Ölüm nədir ki, qorxaq
ondan,
Qorxaq bu kasıblıqdan,
həsrətdən,
möhnətdən,
Qəm yükünü daşımaqdan,
Xoş gün həsrətilə
yaşamaqdan…
Qəpik-quruş saymadan,
Əziyyətdən cana doymaqdan,
Əzabdan, xəstəlikdən,
zülmdən…
Mən bunlardan qorxmuram…
Mən qorxuram ölümdən
sonrakı ölümdən…