Novruz NOVRUZ QONAĞIÖpdüm səni, məzarının başı soyuq!Gözün doldu, gözlərinin yaşı soyuq!Sənsiz qəlbim deşik-deşik, oyuq-oyuq!Atam mənim!* * *Keçən Novruz sağ idin,Kürəyimdə dağ idin.Bu Novruz daşa döndün,Gözümdə yaşa döndün,Atam mənim!Keçən Novruz bahardın,Bu Novruz xəzan oldun.Keçən Novruzdan bəriMən yuxu yozan oldum,Atam mənim!Keçən Novruz bilmədimÜrəyimə dayaqsan,Keçən Novruz bilmədimBir Novruzluq qonaqsanAtam mənim!