Auto Draft

 

«Ay adam! Dinlə məni, çünki səni xeyli zamandır arayıb axtarıram ki, sənə mən öz sözümü ərz eləyim, çün ürəyim oldu qubar, zəlzələnin, vəlvələnin hikməti var.

  A Kamandar, a Səlim, toy da bizim, yas da bizimdir, niyə sən toyla yası, yasla toyu, adla soyu, günlə ayı, keflə vayı kəllə-məyəllaq eləyirsən, niyə sən xəlqimin öz adətinə, nemətinə. şöhrətinə, qeyrətinə lağ eləyirsən. Niyə sən borc ilə yas məclisini toy kimi ley-peylə verirsən? Niyə sən cib soyaraq, can alaraq, ağladaraq toy eləyirsən?

  Belə getsə, uçacaq baaşımıza tağlı tavan, yandım aman, öldüm aman. Yoxdur qanan?

  Onu bil ki, yenə də titrəsə yer, etmə giley, bil ki, bunun – zəlzələnin, vəlvələnin hikməti var. Hikməti var! Hikməti var!» 

Aqşin Babayev. «Dəvətnamə»

YAZIÇI, DRAMATURQ, ŞAİR, TƏRCÜMƏÇİ, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR JURNALİST, İCTİMAİ XADİM

error: